Ruslar Amerikaya nifrət edirlər
https://azeri.sahartv.ir/news/dünya-i196326-ruslar_amerikaya_nifrət_edirlər
Bir rus müəssisəsinin apardığı rəy sorğusunun nəticələrinə görə, Rusiya vətəndaşlarının əksəriyyəti Amerikaya və onun müstəmləkəçilik siyasətlərinə nifrət edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 30, 2015 06:19 Asia/Baku
  • Ruslar Amerikaya nifrət edirlər
    Ruslar Amerikaya nifrət edirlər

Bir rus müəssisəsinin apardığı rəy sorğusunun nəticələrinə görə, Rusiya vətəndaşlarının əksəriyyəti Amerikaya və onun müstəmləkəçilik siyasətlərinə nifrət edir.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumata görə, İzvestiya qəzeti çərşənbə günü Levada mərkəzinin son rəy sorğusunun nəticələrini yayımlayıb. Rəy sorğusuna görə, Rusiya vətəndaşlarının 70%-i Amerikaya nifrət edir.
Bu rəy sorğusuna görə, rusların 62%-i Avropa Birliyi barədə də mənfi baxışa malikdir.
Digər tərəfdən rusların Ukrayna barədəki rəyi dəyişməyib və bu ölkənin 60% vətəndaşı keçmişdə olduğu kimi Ukrayna barədə mənfi rəydədir.
İzvestiya qəzetinin yazdığına görə, Rusiya vətəndaşlarının Çin barədə müsbət rəyi 75%-ə qədər artıb.