Avq 02, 2015 08:30 Asia/Baku
  • Çikaqoda 10 nəfər yaralanıb
    Çikaqoda 10 nəfər yaralanıb

ABŞ-ın Çikaqo şəhərində silahlı insident nəticəsində 10 nəfər yaralanıb.

Səhər Beynəlxalq Televiziyasının Çikaqo Tribuna qəzetinə istinadla verdiyi məlumata görə, Çikaqo polisi bildirib: Bu şəhərin müxtəlif məkanlarında silahlı insidentlər baş verib və polis məmurları indiyə qədər hadisələrin səbəbkarlarından heç birini həbs edə bilməyiblər.
Silahlı insidentlərdən biri şəhərin bir universiteti yaxınlığında baş verib. Hadisə nəticəsində iki 17 yaşlı gənc yaralanıb.
Polis silahlı insidentlərdə yaralananlar arasında 21 yaşlı gəncin vəziyyətinin ağır olduğunu bildirib.
Amerikanın Just Plain Politics portalının məlumatına görə, 2014-cü ildə Çikaqo şəhərində 2599 silahlı insident halı qeydə alınıb.
Çikaqoda silahlı insident böyük ictimai problemə çevrilib və bu şəhərin yoxsul bölgələrində cinayətkar mafiyaların olduğuna görə, silahlı qarşıdurmalar Amerikanın digər şəhərləri ilə müqayisədə qat-qat yuxarıdır.
ABŞ hökuməti ötən 2 il ərzində çalışıb ki, silah daşımaq qanununda islahatlar aparsın. Lakin böyük silahqayırma şirkətlərinin sahibləri Konqresdəki nüfuzdan istifadə edərək silah daşımaya məhdudiyyətin yaranmasına icazə vermirlər.

Teqlər