Avq 02, 2015 15:18 Asia/Baku
  • ABŞ-da irqçiliyə etiraz üzrə 40 günlük yürüş
    ABŞ-da irqçiliyə etiraz üzrə 40 günlük yürüş

İnsan haqları fəalları ABŞ-da irqçiliyə etiraz əlaməti olaraq 40 günlük yürüşə başlayıblar.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Rənglidərililərin İnkişafı Milli Cəmiyyətinin üzvü olan fəallar Alabama ştatının Selma şəhərindən yürüşə başlayıblar. Selma şəhərində 50 il öncə qaradərililərin səs haqqının dəstəklənməsi üzrə aksiya keçirilib.
Bu məlumata görə, başlanan bu yürüşdə iştirakçılar 1385 kilometr məsafəni qət edəcəklər. Və Corciya, Cənubi Karolina, Şimali Karolina və Virciniya ştatlarından keçərək sonda Vaşinqtona çatacaqlar.
Təşkilatçılar yürüşün məqsədini Amerika polisi tərəfindən Maykl Braun və Erik Qarner kimi bir neçə qaradərilinin qətlə yetirilməsinə etiraz edənlərə dəstək adlandırıblar.
Bu fəallar həmçinin ABŞ rəsmilərinin diqqətini Amerikada rənglidərililər və azlıqlara qarşı edilən ədalətsizliyə cəlb etməyə çalışırlar.
Son aylar ərzində qaradərililərə qarşı ABŞ polisinin zorakılığı ilə çoxlu hallar qeydə alınıb. Bu hallar bu ölkədə qalmaqallı məsələyə çevrilib və çoxlu irimiqyaslı etirazlara səbəb olub.

Teqlər