Avq 03, 2015 13:05 Asia/Baku
  • Yaponiya ABŞ-dan izahat istədi
    Yaponiya ABŞ-dan izahat istədi

Rəsmi Tokio ABŞ-dan “Wikileaks” portalında yerləşdirilmiş məlumatlarla bağlı izahat verməyi tələb edib.

Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosihide Suqa mətbuat konfransında bildirib.
Y. Suqa bildirib ki, bu məlumatlar təsdiqini tapsa, bu, iki ölkə arasındakı müttəfiqliyə xələl gətirə bilər.
Xatırladaq ki, ötən həftə “Wikileaks” ABŞ Milli Təhlükəsizlik Agentliyinin Yaponiya baş naziri Sindzo Abe, hökumət üzvləri, habelə “Mitsubishi” şirkətinin aparıcı mütəxəssislərinin telefon danışıqlarını dinlədiyi barədə məlumat yayıb.

Teqlər