Avq 03, 2015 14:27 Asia/Baku
  • Ankaranın regiondakı siyasətləri uğursuz qalıb
    Ankaranın regiondakı siyasətləri uğursuz qalıb

İraq Kürdüstanı məntəqəsinin İrandakı nümayəndəsi Ankaranın regiondakı siyasətlərini uğursuz və nəticəsiz adlandırıb.

İraq Kürdüstanı məntəqəsinin İrandakı nümayəndəsi Nazim Dəbbağ Tehranda çıxan İran qəzetinin son sayı ilə müsahibədə deyib: Türkiyənin İraqa və Suriyanın şimalına qarşı hərbi hücumları öncədən hazırlanmış ssenari idi.
İraq Kürdüstanı məntəqəsinin İrandakı nümayəndəsinin dediyinə görə, Türkiyə dövlətinin yeni hərəkətləri hakim Ədalət və İnkişaf Partiyasının qarşıdakı seçkilərdə uğur qazanmasına zəmin yaratmaq üçün olub.
Türkiyə ordusu 2015-ci il iyulun 24-dən bəri Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK-nın mövqelərinə qarşı hücumları bərpa edib. Türkiyə bu hava hücumlarını İŞİD terrorçuları ilə mübarizə adı altında İraqın şimalında başlayıbdır.

Teqlər