Amerikada bir kinoteatrda silahlı insidnet baş verib
Avq 06, 2015 10:03 Asia/Baku
-
Amerikada bir kinoteatrda silahlı insidnet baş verib
ABŞ-ın Tensi Ştatında bir kinoteatrda çıxan atışmada, silahlı şəxs qətlə yeitrilib.
Fransa xəbər agentliyinin verdiyi məlumata görə, çərşənbə günü ABŞ-ın Tensi Ştatının mərkəzi olan Nəşvil şəhərində bir kinoteatrda baş vermiş silahlı insident zamanı 4 nəfər yaralanıb. Bu cinayəti törədən şəxsin qətlə yetirilməsindən öncə, onunla polis əməkdaşları arasında, kino zalında güclü atışma baş verib. Tamaşaçılar isə qorxu içərisində kinoteatr binasını tərk ediblər.Bu məlumata görə, Nəşvil şəhər kinoteatrının ətrafına çoxlu sayda xilasedici və təcili yardım cəlb edilib.
24 iyul 2015-ci il tarixində də ABŞ polisi bildirmişdi ki, Luiziyana Ştatında bir kinoteatrda çıxan silahlı insident zamanı 3 nəfər, o cümlədən hadisəni törədən silahlı şəxs həlak olub, 7 nəfər isə yaralanıb.
ABŞ prezidenti Barak Obama son zamanlar etdiyi çıxışında bildirmişdi ki, Amerikada odlu silahların saxlanılması və gəzdirilməsi üzrə məntiqli bir qanun layihəsinin hazırlanması və qəbul edilməsi məsələsindəki uğursuzluğu, onun prezidentlik dövrünün ən böyük uğursuzluğu sayılır.