Avq 07, 2015 10:12 Asia/Baku
  • Rusiyalı hakerlər Pentaqonun kompyuter sistemini qırıblar
    Rusiyalı hakerlər Pentaqonun kompyuter sistemini qırıblar

Pentaqonun kompyuter sistemi Rusiyalı hakerlərin “mürəkkəb kiber hücumu”na məruz qalıb. Bu barədə NBC News telekanalı məlumat yayıb.

NBC News telekanalı Pentaqonun kompyuter sisteminin Rusiyalı hakerlərin kiber hücumuna məruz qaldığı barədə məlumat yayıb. Bu məlumata görə, iyulun 25-də törədilmiş kiber hücum barədə ABŞ hakimiyyətindən bildirilib.

Məlumata əsasən, hakerlər məxfiləşdirilməmiş elektron məktubların mübadiləsi sistemini qıraraq Pentaqonun 4 mindən çox əməkdaşının məlumat bazasına daxil olublar.

Bundan əvvəl rusiyalı hakerlərin Twitter-də yayılmış virus vasitəsilə Ağ Evin kompyuter şəbəkəsinə daxil olduğu barədə məlumat yayılıb

Teqlər