Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb
https://azeri.sahartv.ir/news/dünya-i196538-pakistanda_hərbi_helikopterin_qəzaya_uğraması_nəticəsində_9_nəfər_ölüb
Pakistanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 07, 2015 05:53 Asia/Baku
  • Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb
    Pakistanda hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb

Pakistanın şimal-şərqində hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, Pakistanda süqut edən hərbi helikopterin göyərtəsində, ümumilikdə, 12 nəfər olub, qalan üç şəxs barədə heç bir məlumat verilmir.

Məlumata görə, hərbi həkimlərini daşıyan “Mi-17” tipli helikopter Hayber-Paxtunxva əyalətində dağlıq ərazidə yerə çırpılıb.

Ordu nümayəndəsinin sözlərinə görə, qəzaya səbəb texniki nasazlıq olub.

Qeyd edək ki, mayda Pakistanın şimalında helikopterin qəzaya uğraması nəticəsində Filippin və Norveç səfirləri də daxil olmaqla 7 nəfər həlak olmuşdu.