Amerikalı alimlər İran ilə nüvə anlaşmasını himayə ediblər
Avq 09, 2015 09:25 Asia/Baku
-
Amerikalı alimlər İran ilə nüvə anlaşmasını himayə ediblər
Amerikalı alimlər İran və 5+1 qrupu arasında əldə olunmuş Müştərək Hərtərəfli Addım Proqramını himayə ediblər.
PressTV-nin məlumatına görə, ABŞ-ın nüvə enerjisi və silahlara nəzarət üzrə 29 tanınmış alimi şənbə günü ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayaraq, İranın nüvə işi ilə bağlı Vyanada əldə olunan Müştərək Hərtərəfli Addım Proqramını himayə ediblər.Bu məlumata görə, Amerikalı alimlərin bu məktubu yazmaqda məqsədi nüvə anlaşmasına dəstək vermələrinin ictimaiyyətin və konqresmenlərin diqqətinə çatdırılması olub.
Amerikalı alimlərin məktubunda deyilir: Nüvə anlaşması Yaxın Şərqdə sabitliyin möhkəmlənməsinə kömək edəcək.
İndiyə kimi ABŞ Nümayəndələr Məclisinin 48 demokrat üzvü nüvə anlaşmasını himayə etdiyini bildirib.
Obama bildirib ki, nüvə anlaşması əleyhinə qəbul ediləcək istənilən layihəni veto edəcək.
Amma, Obama vetosunun qüvvədə qalması üçün Konqresmenlərin üçdə birinin himayəsini əldə edə bilməlidir.