Obama Vaşinqton-Tehran əlaqələrinin yaxşılaşdırılması üzrə səylərdən danışdı
Avq 09, 2015 10:54 Asia/Baku
ABŞ prezidenti deyib: İran və 5+1 qrupu arasında əldə olunan nüvə anlaşması Vaşinqtonun Tehran ilə əlaqələrini yaxşılaşdırması üçün bir fürsət yaratmış olub.
PressTV-nin məlumatına görə, Barak Obama şənbə günü CNN kanalı ilə müsahibədə deyib: İranın nüvə işi həll edilməlidir və İran ilə 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşması, yekun məqsədə yəni, Vaşinqton-Tehran münasibətlərinin yaxşılaşdırılmasına nail olmaq üçün lazımi şəraiti yaratmalıdır.ABŞ prezidenti "İran ilə nüvə anlaşmasının Konqres tərəfindən təsdiq edilməyəcəyi təqdirdə, İrana qarşı hərbi seçim masa üzərində qalmış olacaq?" sualına cavab olaraq deyib: Böyük məsələlər barəsində ümumi bir siyasət mövcuddur və o, məğlubiyyətin olacağını nəzərə almamaqdır.
ABŞ prezidenti daha sonra respublikaçıları xüsusilə də Senatda respublikaçılar fraksiyasının başçısı Mək Kaneli, nüvə anlaşması ilə müxalif olduqları üçün tənqid edib.