Amerikada silahlı insident yenə can aldı
Avq 09, 2015 18:48 Asia/Baku
-
Amerikada silahlı insident yenə can aldı
ABŞ-ın Şimali Karolina ştatında baş vermiş silahlı insident zamanı 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
PressTV-nin məlumatına görə, bu hadisə şənbə günü baş verib. Hadisə nəticəsində xəsarət alanların hər üçün polis əməkdaşıdır.Polis bu barədə verdiyi açıqlamada bildirib ki, hadisə Şarlot şəhərindən 22 mil aralıda baş verib. Yerli polis rəsinin dediyinə görə, polis əməkdaşları silahlı hücuma məruz qaldıqdan sonra, həmin şəxsə doğru atəş açıblar.
Amerikada silahlı insidentlər böyük bir problemə çevrilib. ABŞ hökuməti ötən 2 ildə silahla bağlı qanuna dəyişiklik etməyə çalışsa da, silah şirkətləri buna icazə verməyiblər. Belə ki, silah şirkətlərinin tərəfdarları Konqresdə yeni layihənin əleyhinə çıxıblar.