İstanbulda naməlum silahlılar 7 nəfəri yaralayıblar
Avq 10, 2015 09:35 Asia/Baku
Türkiyənin İstanbul şəhərində naməlum silahlıların hücumu nəticəsində 7 nəfər yaralanıb.
Trend-in məlumatına görə, Türkiyədə çıxan Milliyyət qəzeti yazır: Türkiyə polisi bazar günü bildirib ki, naməlum silahlıların İstanbulun Bayrampaşa məntəqəsində polis idarəsinə hücumu 5-i polis əməkdaşı olmaqla 7 nəfərin yaralanmasına səbəb olub.Bu məlumata görə, yaralılar xəstəxanaya köçürülüblər. Polis hücumçuları ələ keçirmək üçün axtarışlara başlayıb.
Hadisədən bir qədər öncə İstanbul polisi Ədliyyə binası önündə aksiya keçirən insanları dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan istifadə etmişdi.