ABŞ-ın Ferqyuson şəhərində fövqəladə vəziyyət daha bir sutka uzadılıb
https://azeri.sahartv.ir/news/dünya-i196722-abŞ_ın_ferqyuson_şəhərində_fövqəladə_vəziyyət_daha_bir_sutka_uzadılıb_
ABŞ-ın Ferqyuson şəhərində (Missuri ştatı) elan olunmuş fövqəladə vəziyyət daha 24 saat uzadıldı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2015 05:19 Asia/Baku
  • ABŞ-ın Ferqyuson şəhərində fövqəladə vəziyyət daha bir sutka uzadılıb
    ABŞ-ın Ferqyuson şəhərində fövqəladə vəziyyət daha bir sutka uzadılıb

ABŞ-ın Ferqyuson şəhərində (Missuri ştatı) elan olunmuş fövqəladə vəziyyət daha 24 saat uzadıldı.

APA-nın verdiyi xəbərə görə, bu barədə Ferqyusonun daxil olduğu Sent Luis dairəsinin hökumət nümayəndələri bildirib.



Qeyd edək ki, fövqəladə vəziyyət Ferqyusonda avqustun 10-da elan edilib. Dairə üzrə icra hakimiyyətinin rəhbəri Stiv Stengerin imzaladığı sərəncama əsasən, dairə polisinin rəhbəri Con Belmara Ferqyuson polisinə rəhbərlik etmək üzrə əlavə səlahiyyətlər verilib.



Qeyd edək ki, Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilib.