Ukrayna ordusunun şərqdəki müxaliflərə hücumu
Avq 15, 2015 17:49 Asia/Baku
Ukrayna müxalifləri bildiriblər ki, şənbə günü ukraynalı hərbçilərin Donetsk vilayətindəki Dzerjinsk şəhərinə hücumu iki nəfərin ölümünə səbəb olub.
İnterfaks-ın məlumatına görə, Ukraynanın şərqindəki Solodke kəndi də Kiyev qüvvələrinin artilleriya atəşlərinə tuş gəlib. Nəticədə iki nəfər yaralanıb.Ukraynanın şərqindəki döyüşən tərərəflərin bildirdiklərinə görə, bölgədə geniş çaxnaşmaların ardınca iki nəfər həlak olub.
Ukrayna ordusu sözçülərindən biri cümə günü bir əsgərin öldürülməsi və altı əsgərin də yaralanmasını təsdiq edibdir.
Bu döyüşlər elə bir halda genişlənir ki, fevral ayında Rusiya, Almaniya və Fransanın rəhbərlərinin vasitəçiliyi ilə imzalanmış razılaşmaya görə, bu ölkənin şərqində kövrək atəşkəs bərqərar olubdur.
Ukraynanın şərq məntəqələrindəki döyüşlər bir milyon yeddi yüz min uşaq daxil olmaqla beş milyon nəfərin həyatını öz təsiri altına alıbdır.