Çinin Tyantszin şəhərində partlayış nəticəsində ölənlərin sayı 112- yə çatıb
Avq 16, 2015 15:04 Asia/Baku
-
Çinin Tyantszin şəhərində partlayış nəticəsində ölənlərin sayı 112- yə çatıb
Çinin Tyantszin şəhərində güclü partlayış nəticəsində ölənlərin sayı 112- yə çatıb.
"Sinxua" xəbər agentliyinin verdiyi xəbərə görə, Çinin Tyantszin şəhərində kimyəvi maddələr saxlandığı anbarda yeni partlayışlar qeydə alınıb. Məlumata görə, partlayışlar nəticəsində ərazidə yenidən yanğınlar başlayıb.112 nəfərin həyatını itirdiyi bu partlayışldarda, 95 nəfərin də itkin düşdüyü bildirilir.
Hökumət partlayışın ardınca, anbardan 3 kilometr radiusda yaşayan əhalini təxliyyə etmək qərarına gəlib.
Qeyd olunur ki, hadisəyə yaxın ərazilərdən götürülən su nümunələrində zəhərləyici maddələr aşkarlanıb.
Bundan əvvəl, Tyantszin şəhərində kimyəvi maddələr saxlandığı anbarda yeni partlayışların baş verdiyi barədə məlumatlar yayılmışdı.
Tyantszində daha öncə baş vermiş 2 partlayışda da yüzdən artıq adam ölmüş və yaralanmışdı.