Ukraynanın şərqində 7 mülki həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i196843-ukraynanın_şərqində_7_mülki_həlak_olub
Ukrayna rəsmiləri ölkənin şərqində minimum 7 mülkinin həlak olmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2015 15:43 Asia/Baku
  • Ukraynanın şərqində 7 mülki həlak olub
    Ukraynanın şərqində 7 mülki həlak olub

Ukrayna rəsmiləri ölkənin şərqində minimum 7 mülkinin həlak olmasından xəbər veriblər.

Frans Press-in məlumatına görə, mərkəzi dövlətə bağlı olan yerli rəsmi Vladimir Kolesnik deyib: 5 nəfər hazırda mərkəzi hökumətin nəzarəti altında olan Donetskdə gedən döyüşlərdə həlak olub. Daha 2 nəfər isə strateji əhəmiyyətli Maripul liman şəhərində, Sarata məntəqəsində həlak olub. Bu toqquşmalarda 6 nəfər də yaralanıb.
Deyilənlərə görə, Ukrayna rəsmiləri o cümlədən hökumət ilə müxalif olanlar bu ölkənin sabiq Sovet İttifaqından ayrıldığı və müstəqilliyini əldə etdiyi 24 avqust tarixinin yaxınlaşması ilə bir növ vahiməyə qapılıblar. Ukraynanın şərqində gedən toqquşmalar2014-cü ilin aprelindən bəri 6800 nəfərin ölümünə yol açıb. Cari ilin fevral ayının ortalarında Minsk şəhərində imzalanan atəşkəs müqaviləsi də vəziyyətin nəzarət altına alınmasına kömək edə bilməyib. Toqquşmalar getdikcə daha da şiddətlənir.