Ukraynanın şərqində döyüşlər artıb
Avq 23, 2015 10:50 Asia/Baku
Ukrayna dövlətinin sözçüsü bu ölkənin şərq məntəqələrində döyüşlərin artmasından xəbər verib.
İnterfaks-ın məlumatına görə, Ukrayna dövlətinin sözçüsü Oleksandr Motuzianyk şənbə günü Kiyevdə bir mətbuat konfransında hərbi məsələlər barədə deyib ki, Ukrayna ordusunun bu ölkənin şərq əməliyyat məntəqələrindəki vəziyyəti mürəkkəb olmaqda davam edir və Ukrayna dövlətinin müxalifləri ordunun mövqelərini atəşə tutmaqda davam edirlər.O, əlavə edib: Son sutka ərzində çəkişmələr artıb və müxaliflər xüsusilə Maripol məntəqəsində mərmi və mina atanlardan istifadə edirlər.
Luqansk məntəqəsində müxaliflər müxtəlif silahlardan istifadə edərək, Valuiske yaxınlığında ordu qüvvələrinin mövqelərini hədəfə alıblar.