Avq 25, 2015 08:52 Asia/Baku
  • Türkiyə prezidenti növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib
    Türkiyə prezidenti növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar qəbul edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar parlament seçkilərin keçirilməsinə dair qərar verib.

APA-nın məlumatına görə, Rəcəb Tayyib Ərdoğanın müvafiq bəyanatı Türkiyə dövlət başçısının saytında dərc edilib. Bundan əvvəl Ərdoğan ölkədə noyabrın 1-də erkən parlament seçkilərinin keçirilməsinin mümkünlüyünü ifadə edib.

“Bütün partiyalarla keçirilən danışıqlara baxmayaraq, yeni hökumət qurmaq mümkün olmayıb. Bu səbəbdən, prezident yeni seçkilərin keçirilməsinə dair qərar verib”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi haqqında qərar parlament sədri İsmət Yılmazla üç saat davam etmiş görüşdən sonra dərc edilib.

Qeyd edək ki, Türkiyə tarixində növbədənkənar parlament seçkiləri ilk dəfə keçiriləcək. Türkiyə Konstitusiyasına əsasən, koalisiya hökuməti qurmaq üçün seçkilərdə qələbə qazanmış partiya liderinə mandat verildikdən sonra 45 gün ərzində hökumətin qurulmadığı halda növbədənkənar seçkilər keçirilir.

Teqlər