Avq 27, 2015 12:53 Asia/Baku
  • Amerikada nüvə razılaşmasını dəstəkləyən ictimai qruplar aksiya keçiriblər
    Amerikada nüvə razılaşmasını dəstəkləyən ictimai qruplar aksiya keçiriblər

Amerikada nüvə razılaşmasını dəstəkləyən ictimai qruplar aksiya keçiriblər.

IRNA-nın məlumatına görə, Amerikada ictimai və hüquqi qrup və fəallar çərşənbə günü axşam İranın nüvə razılaşmasını dəstəkləyərək, bu ölkənin bəzi şəhərlərində, o sıradan Nyu-York senatorunun ofisi önündə aksiya keçirib və bu senatoru militarizmdə ittiham ediblər.
Bu ictimai fəallar demokratlar partiyasında bu razılaşma ilə müxalif olanların başçısı olan demokrat senator Çak Şumerin ofisi önündə aksiya keçiriblər. Onlar həmçinin bu senatoru militarizmdə ittiham edərək, "Senator savaşı diplomatiyadan üstün tutur!" kimi şüarlar veriblər.
Bu etiraz aksiyasının təşkilatçıları qarşıdakı günlərdə İranın nüvə razılaşmasına dəstək istiqamətində 200 mindən çox imzalı bir ərizəni həmin senatorun ofisinə təhvil vermək niyyətindədirlər.
Bu media habelə bildiribdir ki, İranın nüvə razılaşması ilə müvafiq və müxalif qruplar ABŞ konqresi qarşısından əlavə, Nyu-Yorkun Brukli məntəqəsində də aksiya keçiriblər.
Digər mənbələr razılaşma ilə müvafiq və müxalif qrupların çərşənbə günü Amerikanın qərb sahilləri hissəsində aksiyası barədə məlumat yayıblar.

Teqlər