Türkiyə xalqının təqribən 80 faizi prezidentlik sistemini dəstəkləmir
Avq 28, 2015 17:24 Asia/Baku
Türkiyə xalqının 80 faizə yaxını bu ölkənin siyasi quruluşunun parlament sistemindən prezidentlik sisteminə keçməsilə müxalifdir.
IRNA-nın məlumatına görə, son zamanlar Türkiyədə yayılmış bir rəy sorğusunun nəticələrinə görə, bu ölkə xalqının 78,3 faizi prezidentlik sistemini dəstəkləmir və bu ölkə xalqının təkcə 21,7 faizi ona dəstək verir.Gəzici rəy sorğusu müəssisəsi Türkiyə boyu 4860 nəfərlə söhbətdə bu rəy sorğusunu həyata keçiribdir ki, ona əsasən, prezidentlik sistemini dəstəkləyən yeganə partiya olan Ədalət və İnkişaf Partiyasına səs verənlərin 35 faizi də prezidentlik sisteminə qarşı çıxıb.
Bu sorğuya görə, respondentlərin 47,1 faizi diktaturadan, 39,7 faizi Türkiyənin parçalanmasından, 12,5 faizi isə Türkiyənin vahid quruluşunun dəyişməsindən qorxunu prezidentlik sistemi ilə müxalifətin ən mühmü amili adlandırıbdır.
Rəy sorğusunun nəticələrinə görə, hazırda Ədalət və İnkişaf Partiyasının səs faizi 38,9 faizdir ki, bu da 7 iyun ümumi seçkilərinə görə, bir faizdən çox azalmadan xəbər verir.
Həmçinin CHP, Milliyətçi Hərəkat Partiyası və Xalqların Demokratik Partiyasının səs faizi sıra ilə 27,8, 16,3 və 13,5 faizdir.