Avq 31, 2015 17:55 Asia/Baku
  • Qahirə Dəməşqlə yenidən gizli əlaqələr qurmağa başlayıb
    Qahirə Dəməşqlə yenidən gizli əlaqələr qurmağa başlayıb

DBK internet xəbər portalı və Ceruzalim Post qəzeti ayrı-ayrılıqda olan hesabatda Dəməşq-Qahirə münasibətlərinin gizlində sıxlaşmasından xəbər verib və yazıblar ki gizlidə Misir, Suriya ordusunu silahlandırmaqdadır.

DBK internet saytı Sionist rejimin hərbi və xəfiyyə orqanlarına istinadən iddia edib ki Misirin prezidenti Əbdülfəttah Əl-Sisi rus həmkarı Vladimir Putin ilə gizlidə bir sirli müqavilənin altın imzalayıblar və beləliklə Suriyaya silah göndərilməsinə start verilib.
Bu sionist saytın yazdığına görə Misirin yer-yer növlü raketləri suriyalı hərbçilərin ixtiyarına verilib.
DBK yazmayıb ki Suriyadakı Hizbullah qüvvələri də bu növ silahlar əldə ediblər ya yox. Həmçinin iddia olunan raketlərin modelinə belə toxunmayıbdır.
Sözü gedən internet saytı eləcə də özündən asılı qaynaqlara istinadən iddia edib: Misirin silah yükləri Ukraynanın yük daşıyan gəmilərinin köməyi ilə Port Səid limanından Suriyanın Tərtus dəniz limanına nəql edilibdir. Daxil olan bu məlumata görə göndərilən silahların həcmi dəqiqləşməyib, lakin qərbin təhlükəsizlik qaynaqları bu gəmilərin 22 avqust 22 İyul tarixində 3 dəfə Misirin dəniz limanlarına daxil olublar və yüklərini boşaltdıqdan sonra Suriyaya dönüblər.
DBK internet saytı sonra bu əməkdaşlığın səbəblərini analiz və izah etdikdən sonra iddia edib: Dəməşq bir tərəfdən Tehrandan öz asılılığını azaltmaq niyyətindədir . Qahirə isə Suriya böhranının həlli prosesində danışmağa sözü olsun.
Sionist rejimdən asılı olan bu qəzet habelə iddia edib: Qahirə Ərəb ölkələrin Suriya ilə bağlı mövqeyinə qarşıdır. Ona görə də Misir müxaliflərin himayəçisi olan Sionist rejim və Türkiyə ilə də birgə məxrəcə gələ bilməyiblər.
Nəhayət Moskva ilə Qahirənin hərbi və strateji əməkdaşlıqlarının genişləndirilməsi əslində bu növ əməkdaşlığın əsas stimullarından biri kimi irəli sürülüb.
DBK internet saytı sonda iddia edib ki, Ərəb əmirlikləri İordaniya və Misir başçılarının son səfəri zamanı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Buqdanov çalışıb ki Suriyanı himayə etməyə və ya heç olmasa bir qədər yumşaq mövqe tutmağa məcbur etsin.
DBK-nın irəli sürdüyü iddiaya əsasən Misir və Suriya müəyyən həddə qədər nail olublar ki, ƏƏ və ABŞ artıq Suriya müxaliflərini himayə etməməlidirlər.
Eyni zamanda Ceruzalim Post , Əl-Qüds Əl-Ərəbi qəzetinə istinadən qeyd edib: Əl-Sisi Suriya prezidenti Bəşşar Əsədi terrorizmə qarşı mübarizədə özü ilə yeni bir cəbhədə görür ona görə də onun mübarizə siyasətini dəstəkləyir. Həmin qəzet habelə məlumatlı qaynaqlara istinadən bildirib: Misir Suriya ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığını kəsməyibdir. Sionist rejimin Misirdəki sabiq səfiri Zori Mazel bu məsələyə münasibət bildirərkən deyib: Hesab edirəm ki Misirin mövqeyi belə qoyulub ki regionda terrorçu hərəkətlərə qarşı mübarizə üçün əhatəli bir koalisiya təşkil edilməlidir. Lakin ABŞ Əl-Sisi ilə işləməyə maraq göstərmir və Yaxın Şərqdən çıxmaq üçün çalışıbdır. Eyni halda regionda İİR –nın mövqeyini gücləndirib ki, beləliklə Suriya məsələsi diplomatik yolla öz həllini tapsın.

Teqlər