Banqkokda terror partlayışı ilə bağlı daha üç türkiyəli məsuliyyətə cəlb olunub
Sen 02, 2015 10:55 Asia/Baku
-
Banqkokda terror partlayışı ilə bağlı daha üç türkiyəli məsuliyyətə cəlb olunub
Daha üç Türkiyə vətəndaşı Tailandaın paytaxtı Banqkokda baş vermiş terror partlayışı ilə əlaqədar məsuliyyətə cəlb olunub.
IRNA-nın məlumatına görə, Tailandın Sakaoy əyalətinin polis rəisi general Çaktip Çaycinda çərşənbə axşamı günü bildiirib ki, iyirmidən çox insanın ölümü və yüzdən çox insanın da yaralanması ilə nəticələnmiş Aravan məbədinin partladılması ilə bağlı son istintaqlar və təhqiqatlar göstərdi ki, bu üç türkiyəli daxil olmaqla bir neçə xarici vətəndaşın bu hadisədə əlləri olub.Bu məlumata görə, Tailand polisi ötən şənbə günü də sonradan Türkiyə vətəndaşı kimi təqdim olunan bir şübhəlini bomba qoyanların bombanın düzəldilməsində istifadə etdikləri mənzildə həbs etmişdi. Bu məkanda bir neçə saxta Türkiyə pasportu aşkarlanaraq, müsadirə edilmişdi.
Son zamanlar türkiyəli millətçilər Tailanddan Çinə onlarla uyğurun köçürülməsi üçün Tailandın İstanbuldakı konsulluğunu hücuma məruz qoymuşdular.
Türkiyəli ifratçı millətçilər vurğulayıblar ki, Çinin Tszin Kiyanq muxtar məntəqəsindən qanunsuz surətdə Tailanda daxil olan bu uyğurlar Türkiyəyə köçürülməli və orada məskunlaşmalıdırlar.