İrəvanda etirazçılar Hökümət evinə girişi bağlayacaqlar
https://azeri.sahartv.ir/news/dünya-i197304-İrəvanda_etirazçılar_hökümət_evinə_girişi_bağlayacaqlar
Sentyabrın 4-də Ermənistanın paytaxtı İrəvanda etirazçılar hökümət evinə girişi bağlayaraq, nazirlər kabinetinin əməkdaşlarını iş yerlərinə buraxmamaq qərarına gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2015 13:28 Asia/Baku
  • İrəvanda etirazçılar Hökümət evinə girişi bağlayacaqlar
    İrəvanda etirazçılar Hökümət evinə girişi bağlayacaqlar

Sentyabrın 4-də Ermənistanın paytaxtı İrəvanda etirazçılar hökümət evinə girişi bağlayaraq, nazirlər kabinetinin əməkdaşlarını iş yerlərinə buraxmamaq qərarına gəliblər.

TASS agentliyinin verdiyi məlumata görə, bu barədə “Ayağa qalx, Ermənistan” vətəndaş təşəbbüsünün rəhbərlərindən biri, Andreas Qukasyan bildirib.


“Hesab edirik ki, artıq bu hakimiyyətin vaxtı keçib. Sentyabrın 4-də keçirəcəyimiz aksiyalar elektrik enerjisinin bahalaşmasına etiraz edənlər və ölkədə konstitusiya islahatlarına qarşı çıxanları birləşdirə bilər. Biz Ermənistanda növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edəcəyik”, deyə Andreas Qukasyan bildirib.


Qeyd edək ki, sentyabrın 1-də İrəvanın mərkəzindəki Baqramyan meydanında “Soyğunçuluğa yox” hərəkatının tərəfdarları elektrik enerjisi tariflərinin artırılmasına qarşı etiraz aksiyası keçiriblər.