Demokratlar konqresdə müştərək addım üzrə əhatəli proqramın araşdırılmasının ləğvi üsulundan istifadə edirlər
Sen 06, 2015 10:42 Asia/Baku
-
Demokratlar konqresdə müştərək addım üzrə əhatəli proqramın araşdırılmasının ləğvi üsulundan istifadə edirlər
ABŞ Senatında demokratların rəhbəri Heri Rid bildirib ki, lazımi səsin əldə olunacağı halda, konqresdə müştərək addım üzrə əhatəli proqramın araşdırılmasının ləğvi üsulundan istifadə edəcək.
Fars xəbər agentliyinin məlumatına görə, bu qanuni üsula əsasən, müştərək addım üzrə əhatəli proqramı dəstəkləyən demokratların sayı 41-ə çatarsa, ABŞ Senatında demokratların rəhbəri bir göstəriş verə bilər ki, ona əsasən, demokrat nümayəndələr səsvermənin qanuni möhlətinin gəlib çatmasınadək onun barəsində bəhsi qəsdən uzadaraq, əməldə müştərək addım üzrə əhatəli proqramın ləğv edilməsi qətnaməsi haqda səsverməni mümkünsüz edəcəklər.Respublikaçılar Senatın bir neçə ay bundan öncə 98 lehinə və təkcə bir əleyhinə səslə konqresin İranla nüvə razılaşmasına təsdiqi nəzarəti barədə hökm verdiyi bir şəraitdə bu qanuni üsuldan istifadəni demokratik normalarla təzadda bilirlər.
Amerika prezidenti Barak Obama bildirib ki, konqresmenlərin müştərək addım üzrə əhatəli proqramın ləğv edilməsi barədə ehtimal olunan qətnaməsinə veto qoyacaqdır.