Sen 06, 2015 19:06 Asia/Baku
  • İ.Rəhman Tacikistandakı son silahlı hücumlara reaksiya verib
    İ.Rəhman Tacikistandakı son silahlı hücumlara reaksiya verib

Tacikistan prezidenti Düşənbə və Vəhdət şəhərlərindəki son silahlı hücumlara reaksiyada vurğulayıb: Ölkə təhlükəsizliyini xətərə salacaq hər kəs ən şiddətli tərzdə cəzalandırılacaqdır.

Fars xəbər agentliyinin məlumatına görə, İmaməli Rəhman bazar günü cümə günü yaraqlı şəxslərin hücumuna məruz qalmış Vəhdət şəhərinə səfərdə bu hücumları cinayətkar hərəkətlər adlandırdı və bu ölkənin məhkəmə təşkilatlarından istədi ki, hücumçuları aşkarlayıb, həbs edərək, bu şəxslərlə şiddətlə rəftar etsinlər.



İmaməli Rəhman həmçinin silahı hücumlarda məqsədi, Tacikistan cəmiyyətinin dincliyi, sabitliyi və sülhünü pozmaq adlandırıb.



Cümə günü Tacikistanın Düşənbə və Vəhdət şəhərlərindəki silahlı hücumlarda azı səkkiz polis qüvvəsi, müdafiə və daxili işlər nazirliklərinin işçisi öldürülüb.



Tacikistan prezidenti bu hücumlardan sonra hazırda fərari olan müdafiə nazirinin müavini Əbdülhəlim Nəzərzadəni bu hücumları planlaşdırmaq və komandanlıq etməkdə ittiham edib.

Teqlər