Sen 07, 2015 10:29 Asia/Baku
  • Dik Çeni: İran anlaşmanın yeganə qalibidir
    Dik Çeni: İran anlaşmanın yeganə qalibidir

ABŞ prezidentinin sabiq müavini bildirib ki, İran nüvə anlaşmasının yeganə qalibidir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ABŞ prezidentinin sabiq müavini Dik Çeni Fax News Sunday proqramı ilə müsahibədə Müştərək Təşəbbüs Proqramı barədə deyib: ABŞ prezidenti Barak Obama Konqresin İranla nüvə anlaşmasının qarşısının alınmasındakı acizliyinə zəmanət vermək üçün ehtiyac duyulan səsi əldə edib.


Dik Çeni əlavə edib: Bu anlaşmanın yeganə qalibi iranlılardır. Onlar istədiklərini əldə etdilər. Bu anlaşmanın məğlub tərəfləri ABŞ, onun İsrail, Səudiyyə Ərəbistanı və digərləri kimi bölgədəki dostları və müttəfiqləridirlər.


Çeni etiraf edib: Bu anlaşmanın nəticəsi bu olacaq ki, bölgədə qüdrət tarazlığı iranlıların xeyrinə dəyişsin və İran sonda təkcə nüvə anlaşmasına görə deyil, sanksiyaların ləğv olunmasına görə, daha artıq rəqabət gücü əldə edəcəkdir.


ABŞ prezidentinin sabiq müavini əlavə edib: Bu anlaşma bölgədə İran üçün bir anlaşma və ABŞ üçün isə böyük bir məğlubiyyətdir.


Yay tətillərindən sonra bir neçə gün ərzində ABŞ Konqresi Müştərək Təşəbbüs Proqramı barədə öz dinləmələrinə başlamalıdır. Bu anlaşma barədə müvafiqlər və müxaliflər hələ də bu haqda müxtəlif rəylər söyləməkdədirlər.


Ağ Ev və prezident Barak Obama hökumətinin senatorlarla sıx məsləhətləşmələrinin ardınca bu hökumət Obamanın veto haqqının qorunması üçün ehtiyac duyulan səsi qoruya bilmişdir və hazırda tələb olunan 41 səsi əldə etməyə göz dikib. Bu səslər əldə olunduğu halda araşdırmanın ləğvi baş tutacaqdır.


Teqlər