Sen 07, 2015 13:38 Asia/Baku
  • Ukrayna prezidenti Donbasda atəşkəsə riayət edilməsindən razılıq edib
    Ukrayna prezidenti Donbasda atəşkəsə riayət edilməsindən razılıq edib

Ukrayna prezidenti Pyotr Poroşenko bu ölkənin şərqində yerləşən Donbas bölgəsində atəşkəsə riayət edilməsindən razılıq edib.

Səhər Beynəlxalq Televiziyasının İnterFax İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Poroşenko Donbasda bir həftə ərzində atəşkəsə riayət olunmasını alqışlayıb.


Poroşenko deyib: Bu ilk həftə idi ki, ön cəbhədə heç bir atəş səsi eşidilməyib. Bu ilk həftə idi ki, Minsk anlaşmaları sonda icra olundu. Doğrudur bəzi şəxslər minalanmış ərazilərdə həyatlarını itirib və bəziləri də yaralanıblar. Bəzi şəxslər müxtəlif yol qəzalarında həlak olublar. Lakin son vaxtlar heç bir şəxs silahlı qarşıdurmalarda həlak olmayıb və yaxud yaralanmayıb.


Ukraynanın şərqində qarşıdurmalar 2014-cü il 15 apreldə bölgədə hökumətin terrora qarşı əməliyyatı ilə başlanıb.


Ukrayna hökuməti və müxaliflər Almaniya və Fransanın vasitəçiliyi və Rusiyanın iştirakı ilə cari ilin fevral ayında atəşkəs anlaşmasını əldə ediblər. Lakin atəşkəs dəfələrlə pozulub.


Tərəflər dəfələrlə bir-birini anlaşmanı pozmaqda suçlayıblar.


İndiyə qədər Ukraynanın şərqindəki qarşıdurmalarda 6500-dən çox şəxs həlak olub.

Teqlər