42-ci amerikalı senator nüvə anlaşmasını dəstəkləyənlərə qoşuldu
Sen 09, 2015 14:01 Asia/Baku
-
42-ci amerikalı senator nüvə anlaşmasını dəstəkləyənlərə qoşuldu
ABŞ-ın Vaşinqton ştatından demokrat senator Maria Cantwell İranla nüvə anlaşmasını dəstəklədiyini elan edərək bu anlaşmanı dəstəkləyənl senatorların sayını 42-yə çatdırıb.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, 3 demokrat senator Riçard Blumental, Qarri Piters və Ran Videnin nüvə anlaşmasını dəstəklədiyini elan etməsindən sonra Maria Cantwell də anlaşmanı dəstəkləyənlərə qoşulduğunu bildirib və deyib: Mən bu anlaşmanı dəstəkləyirəm və bu anlaşmanı irəlilədə biləcək hər bir məsələni himayə edirəm.100 nəfərlik Senatda İranla nüvə anlaşmasını dəstəkləyən senatorların sayının 40 nəfəri keçməsi ilə onlar İran və 5+1 qrupu arasında nüvə anlaşması barəsində araşdırmanı ləğv etməklə Senat, nəticədə müxalif respublikaçıların əksəriyyət təşkil etdiyi Konqresin onun barəsində səsverməsinə mane ola bilərlər.