İngiltərə yəhudiləri Netanyahunun həbs olunmasını istədilər
Sen 09, 2015 19:58 Asia/Baku
Sionist rejim baş nazirinin İngiltərədə olmasına qarşı etirazlarda bir qrup İngiltərə yəhudisi sionist rejim əleyhinə çıxışlar edib.
Bir qrup İngiltərə vətəndaşı, o cümlədən siyasətçilər və fəallar bu gün çərşənbə günü sionist rejim baş naziri Benyamin Netanyahunun Londona daxil olması ilə eyni zamanda İngiltərə hökumətinin Daninq Streetdəki qərargahı qarşısında aksiya keçiriblər.Etirazçılar Netanyahunun İngiltərəyə səfərinə qarşı plakatlar yazıblar: Netanyahu Londonda olmamalıdır və müharibə cinayətkarıdır.
Etirazçılar şüarlar veriblər: "Netanyahu rədd ol; miqrantlar daxil olun", "Qəzzəni unutmayaq" və "Qəzzə heç vaxt ağlama, biz səni məhv olmağa qoymarıq".
Həmçinin İngiltərə anti-müharibə koalisiyası İngiltərə hökumətinin İsraillə bütün əlaqələrini dondurmasını istəyib.