Çin polisi ilə uyğurlar arasında qarşıdurma baş verib
Sen 10, 2015 10:12 Asia/Baku
-
Çin polisi ilə uyğurlar arasında qarşıdurma baş verib
Xəbər mənbələri Çin polisinin uyğurlarla toqquşduğunu bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Çinin mərkəzində Xenen vilayətinin Cinqco şəhərində uyğurlarla polis arasında toqquşmada ən azı iki nəfər həlak olub.Bu toqquşmada bir polis və bir uyğur həlak olub.
Bildirildiyinə görə, toqquşmada ən azı iki uyğur da hadisə yerindən qaça bilib.
Çin polisi bu iki nəfərin tapılması üçün vilayətdə axtarışlara başlayıb.
Uyğurlar əsasən Çinin şimal-qərbində müsəlman sakinli muxtar Sin Kianq vilayətində yaşayırlar.
Son iki il ərzində Çin polisi və təhlükəsizlik qüvvələrinin uyğurlarla toqquşması nəticəsində ən azı 450 nəfər həlak olub.