Macarıstan ordusu miqrantlar qarşısında hazırlaşmaq üçün manevr keçirir
Sen 10, 2015 10:33 Asia/Baku
Macarıstan ordusu miqrantlara qarşı yeni qanunların icrasından sonra sərhədlərə nəzarət üzrə yeni vəzifələrlə əlaqədar özünü hazırlamaq üçün ölkənin cənub sərhədlərində hərbi təlimlər icra edir.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, general Tibor Benko Macarıstanın N 1 telekanalı ilə müsahibədə bu addımda məqsədin Macarıstanın müdafiə adlandırıb və deyib: Bu qanunlar təsdiqləndiyi halda yalnız xristian hərbçilər sərhədlərə ezam olunacaq.General Benko əlavə edib: Orduya sərhədlərə nəzarət əməliyyatında iştirak etmək icazəsi verən bu qanunlar maksimum oktyabr ayına qədər elan olunacaq.
Macarıstan Müdafiə Nazirliyi çərşənbə günü bir bəyanatda bildirib: Macarıstan ordusu əsaslı addım adlanan təlimlər çərçivəsində hazırlıqlara başlayıb.
Məlumata görə, Macarıstanın cənubunda iki şəhərin ətrafına əlavə təchizat və qüvvə cəlb olunub.
Müharibədən qaçan on minlərlə miqrant, o cümlədən suriyalı miqrantlar Qərbi Avropaya daxil olmaq üçün Macarıstan və Serbiya arasındakı sərhəddən istifadə edirlər.
2015-ci ilin əvvəlindən 270 mindən çox miqrant qeyri-qanuni şəkildə Macarıstan sərhədindən keçib.
Qeyd edək ki, Macarıstan bu məsələ ilə mübarizə üçün Serbiya ilə 175 kilometr sərhəddə tikanlı məftildən divar yaradıb.