İrəvanda polis etiraz aksiyasını dağıdıb, saxlanılanlar var
Sen 12, 2015 09:57 Asia/Baku
-
İrəvanda polis etiraz aksiyasını dağıdıb, saxlanılanlar var
Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki aksiyanı dağıdıb.
RİA Novosti-nin verdiyi məlumata görə, polis Baqramyan prospektini aksiya iştirakçılarından təmizləyib.Qarşıdurma nəticəsində saxlanılanların olduğu bildirilir. Polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verilmir.
Ötən axşam da İrəvanın mərkəzində “Talana yox!” vətəndaş təşəbbüsü elektrik enerjisinin bahalaşmasına etiraz olaraq yürüş keçirib, sonra isə Ermənistan prezidentinin qərargahı yaxınlığındakı prospekti bağlamışdı.