Sen 15, 2015 10:45 Asia/Baku
  • Zərif: Yekun Müştərək Təşəbbüs Proqramının icrasında Çinin rolu önəmlidir
    Zərif: Yekun Müştərək Təşəbbüs Proqramının icrasında Çinin rolu önəmlidir

İran İslam Respublikasının xarici işlər naziri Yekun Müştərək Təşəbbüs Proqramının icrasında Çinin rolunu önəmli adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Pekinə daxil olarkən jurnalistlərə verdiyi açıqlamasında İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrində Çinin önəmli roluna toxunaraq deyib: Çin bu sahədə, o cümlədən Yekun Müştərək Təşəbbüs Proqramı barədə öz önəmli rolunu davam etdirməlidir və bu barədə Çin rəsmiləri ilə görüşlər və danışıqlar olacaqdır.


"İran İslam Respublikasının siyasi və iqtisadi səviyyədə Çinlə geniş əlaqələri vardır və regional və beynəlxalq məsələlər barədə də iki ölkənin müştərək baxışları vardır" -deyə Zərif əlavə edib.


Nazir həmçinin ifratçılıq, radikallıq və terrorizmin təhlükəsinə toxunaraq bildirib: Bunlar Çin xalqı və dövləti üçün təhdidlərdir və Tehran və Pekinin bu təhdidlərlə mübarizə sahəsində müştərək rəyləri vardır.


İran xarici işlər naziri böyük İpək Yolu projesinə toxunaraq deyib: Bu proje iki tərəfindən marağını kəsb edir və Çindən Mərkəzi Asiya vasitəsi ilə Fars Körfəzinə əlaqə yollarının yaradılması üçün müştərk sahələr vardır.

Teqlər