Sen 15, 2015 14:16 Asia/Baku
  • Çin İranın strateji şərikidir
    Çin İranın strateji şərikidir

İran İslam Respublikası xarici işlər naziri deyib: Çin bütün sahələrdə İranın strateji şərikidir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Çinə səfər etmiş İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çinli həmkarı Vanq İ ilə görüşdə deyib: Çinə səfərdə məqsəd iki ölkə əlaqələrinin yüksəldilməsidir.


İran xarici işlər naziri əlavə edib: Ötən iki il ərzində İran və Çin prezidentləri dəfələrlə görüşmüşlər. Bu, iki ölkənin əlaqələri möhkəmləndirmək və münasibətləri genişləndirmək üçün maraqlı olduğunu göstərir.


Zərifin sözlərinə görə, İran üçün yaranan problemlərə baxmayaraq, İran və Çinin əlaqələri əməkdaşlıqla davam etmiş və Çinin sanksiyanın ağır şəraitində və sanksiyadan sonrakı dövrdə dost ölkə olaraq qalması iki ölkə üçün xüsusi önəm hesab olunur.


Çin xarici işlər naziri Vanq İ də bu görüşdə deyib: Çin İranla münasibətlərin genişləndirilməsinə çox böyük önəm verir və Yekun Müştərək Təşəbbüs Proqramının icrası ardınca ikitərəfli əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi istiqamətində danışıqlar aparmağa hazırdır.


İran xarici işlər naziri Çinin yüksək səviyyəli rəsmiləri ilə görüşərək danışıqla aparmaq məqsədilə ötən gün Çinə səfər edib.

Teqlər