Tacikistanın xüsusi təyinatlı qüvvələrinin komandanı qətlə yetirilib
https://azeri.sahartv.ir/news/dünya-i197671-tacikistanın_xüsusi_təyinatlı_qüvvələrinin_komandanı_qətlə_yetirilib
Tacikistan xüsusi təyinatlılarının komandanı öldürüldü.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 16, 2015 17:12 Asia/Baku
  • Tacikistanın xüsusi təyinatlı qüvvələrinin komandanı qətlə yetirilib
    Tacikistanın xüsusi təyinatlı qüvvələrinin komandanı qətlə yetirilib

Tacikistan xüsusi təyinatlılarının komandanı öldürüldü.

İRİB-nin verdiyi məlumata görə, Tacikistanın xüsusi təyinatlı qüvvələrinin komandanı Rüstəm Amakiyev Tacikistanın müdafiə nazirinin sabiq müavini general Nəzərzadənin tərəfdarları ilə gedən toqquşmalarda qətlə yetirilib. Ramit dərəsində gedən toqquşmada bir qrup təhlükəsizlik qüvvəsi də yaralanıb.
Sentyabrın 9-da da Tacikistanın daxili işlər nazirliyinin 9 əməkdaşı general Əbdülhəlim Nəzərzadənin tərəfdarları tərəfindən paytaxt Duşənbə şəhərində öldürülmüşdü.
Tacikistanın müdafiə nazirinin sabiq müavini general Əbdülhəlim Nəzərzadə bu silahlı hücumların başlıca səbəbkarı elan edilib.
Bəzi mənbələr bildirirlər ki, general Nəzərzadə paytaxt Duşənbənin 50 kilometrliyində yerləşən dağlıq ərazidə, Ramit dərəsində gizlənib. Amma, yerli medialar onun bu məntəqədə olmadığını bildirirlər.