Sen 19, 2015 11:06 Asia/Baku
  • Con Kerri: Suriya böhranı üçün ən yaxşı həll yolu siyasi həll yoludur
    Con Kerri: Suriya böhranı üçün ən yaxşı həll yolu siyasi həll yoludur

ABŞ dövlət katibi BƏƏ xarici işlər naziri ilə görüşdə deyib: Siyasi həll yolu Suriya böhranı üçün ən yaxşı seçimdir.

İRİB-nin məlumatına görə, ABŞ dövlət katibi Con Kerri deyib: ABŞ-ın baxışında Suriya böhranı yalnız siyasi danışıqlar yolu ilə həll ediləsidir. Amma, bizim inancımıza görə, Əsədin uzun müddət üçün hakimiyyətdə qalması ilə bu məsələ mümkün deyil. Bu böhranın həlli müxtəlif tərəflər ilə danışıqlara və müştərək bir anlaşmaya nail olmağa ehtiyaclıdır.
Con Kerri əlavə edib: Aydın məsələdir ki, bizim diqqətimiz İŞİD terror qruplaşmasının məhv edilməsinə yönəlib. Və elə buna görə də ABŞ və Rusiya hərbçiləri arasında danışıqlar mühüm bir addım sayılır. Bu görüşün tezliklə baş tutacağını düşünürəm.
ABŞ dövlət katibi BƏƏ xarici işlər naziri ilə görüşünün ardınca deyib: Bizim görüşümüzdə müzakirə edilən məsələlər arasında Suriya mövzusu ağırlıq edirdi. Və sabah İngiltərə və Almaniya xarici işlər nazirləri ilə baş tutacaq görüşlərdə də bu barədə müzakirələr aparılacaq.
Con Kerri daha sonra deyib: Hamının Suriya böhranının önəmini dərk etdiyini düşünürəm. Mühacirlər məsələsi ilə bağlı yaranmış vəziyyət, Suriyada dağıntıların davam etməsi və birtərəfli addım ehtimalı diplomatiyanın önəminin daha qabarıq formada önə çıxmasına səbəb olub. Buna görə də biz bu istiqamətdə daha artıq səy göstərməyə çalışırıq.

Teqlər