Sen 20, 2015 10:17 Asia/Baku
  • Pentaqon Rusiya ilə müharibə planını hazırlayır
    Pentaqon Rusiya ilə müharibə planını hazırlayır

ABŞ-ın Foreign Policy həftəliyi yazıb: ABŞ Müdafiə Nazirliyi Pentaqon Rusiya ilə müharibə planını hazırlayır.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Foreign Policy həmçinin yazıb: SSRİ-nin dağılmasından sonra ilk dəfə olaraq ABŞ Müdafiə Nazirliyi Vaşinqton-Moskva arasında ehtimal olunan qarşılaşma planını araşdırır və yeniləyir.
Foreign Policy əlavə edib: 2008-ci ildə Rusiya ilə Gürcüstan arasındakı müharibədən sonra Şimali Atlantik Alyansı NATO Rusiya ilə əlaqədar öz planlarını yenilədi. Lakin Vaşinqton bu işi etmədi. Sonra 2010-cu ildə Pentaqon ekspertləri ABŞ-ın o vaxtkı müdafiə naziri Robert Qeytsə təklif etdilər ki, Rusiya ilə ehtimal olunan qarşılaşma planlarını yeniləsinlər. Lakin o da bu işə qarşı çıxdı.
Foreign Policy yazır: ABŞ-ın müdafiə naziri Aşton Karter də bu ilin yayında bildirmişdi ki, Vaşinqton Moskva qarşısında önləyici yaratmaq üçün bir neçə tank, zirehli avtomobil və topu Baltika və Şərqi Avropa ölkələrinə göndərəcək.
Bu həftəlik sonda Konqresdə "Rusiya ABŞ-ın mövcudluğu üçün təhlükədir" deyən ABŞ ordusunun müştərək qərargahının gələcək rəisi general Cozef Danfordun sözlərini xatırlayaraq yazıb: Müharibə və sülhdə son sözü prezident deyir. Lakin Barak Obamanın prezidentliyindən artıq bir şey qalmayıb və Pentaqon da fürsəti əldən verməyəcək.

Teqlər