Avropa miqrant böhranı qarşısında aciz qalıb
Sen 21, 2015 11:19 Asia/Baku
Almaniyanın inkişaf naziri Avropanın miqrant böhranı qarşısında acizliyinin davam etdiyini bildirib.
Səhər Beynəlxalq Televiziyasının Təsnim Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Almaniyanın inkişaf naziri Qert Muler Di Volt qəzeti ilə müsahibədə bildirib: Avropa miqrant böhranı qarşısında hansı məsuliyyətinin olduğunu dərk etməyib.Muler əlavə edib: Almaniya təklikdə miqrant məsələsini həll edə bilməz. Suriyada 12 milyon didərgindən təxminən 5%-i Avropa və Almaniyaya doğru gəlib və 95%-i hələlik bölgədədir.
Alman rəsminin sözlərinə görə, Suriyada müharibə indiyə qədər dayanmayıb və İŞİD terroruna görə bu ölkədə zorakılıq şiddətlənib. Almaniya, İordaniya, Livan və Türkiyə miqrantların qəbul olunmasında əsas yükü çiyinlərinə götürürlər.
Almaniyanın inkişaf naziri həmçinin Avropa İnkişaf Fondunda miqrantlara kömək üçün 10 milyard avroluq bir proqramın nəzərdə tutulmasını istəyib və deyib: 5 milyard avro dərhal istifadə olunmalı və 5 milyard avro da Avropa Birliyinin cənub sərhədləri, xüsusilə də İtaliya və Yunanıstanda miqrantların qəbul olunması mərkəzləri üçün nəzərdə tutulmalıdır.
Muler həmçinin bu məsələni Təhlükəsizlik Şurasına yönəldib və ABŞ, Rusiya və region qüdrətlərinin əməkdaşlığı ilə ilk mərhələdə Suriyada didərginlər üçün təhlükəsiz məkanın yaradılması istiqamətində atəşkəsin yaradılması üçün müzakirələrin aparılmasını istəyib.
Muler əlavə edib: Avropa və Almaniyada təhlükəsizliyi Yaxın Şərq və Şimali Afrika üçün siyasi və iqtisadi strategiyaya zəmanət verə biləcəyimiz halda yarada bilərik.