Sen 22, 2015 10:43 Asia/Baku
  • 2015-ci ildə zərərçəkən uşaqların sayı üçqat artıb
    2015-ci ildə zərərçəkən uşaqların sayı üçqat artıb

BMT cari ildə həlak olan və yaralanan uşaqların sayının ötən illə müqayisədə üçqat artdığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, BMT baş katibinin uşaqların məsələləri və silahlı qarşıdurmalar üzrə nümayəndəsi Leyla Zəruqi bir hesabat verərək ötən 5 ay ərzində Səudiyyə Ərəbistanının Yəmənə hücumları nəticəsində 400 yəmənli uşağın həyatını itirdiyini və 600 uşağın da yaralandığına toxunub və bildirib: 2015-ci ildə həlak olan və yaralanan uşaqların sayı ötən illə müqayisədə üçqat artmışdır.
Leyla Zəruqi Yəmən böhranında zərərçəkən uşaqların çoxluq təşkil etməsini təkanverici və Ərəbistanın sivillərin hüququ və onları hərbi məqsədlərdən ayırmaq üzrə məsələyə etinasızlığının nişanəsi adlandırıb.
BMT baş katibinin uşaqların məsələləri və silahlı qarşıdurmalar üzrə nümayəndəsi əlavə edib: Yəmənli uşaqların ölüm hallarının ən azı 73%-i Səudiyyə Ərəbistanının Yəmən ərazisinə hava hücumları nəticəsində olmuşdur.
Yəməndə Səudiyyə Ərəbistanı təcavüzkarlarının cinayətlərini araşdırma üzrə hüquq koalisiyası 23-cü hesabatında bildirib: Ərəbistanın Yəmənə hücumları başlandığı gündən ötən həftənin çərşənbə gününə qədər həlak olan və yaralananların sayı 19 min 643 nəfərə çatıb. Onlardan 6 min 91 nəfəri həlak olub, 13 min 552 nəfəri də yaralanıb.

Teqlər