Ukrayna Rusiyadan 50 milyard dollarlıq kompensasiya tələb edib
Sen 23, 2015 10:56 Asia/Baku
Ukraynanın xarici işlər naziri bildirib ki, bu ölkə Krım yarımadasını Rusiya torpaqlarına əlavə etdiyinə və Donbas məntəqəsinə xəsarətlər vurduğuna görə, Moskvadan beynəlxalq məhkəmə orqanlarına şikayət edərək, 50 milyard dollarlıq kompensasiya tələb etmək niyyətindədir.
IRNA-nın məlumatına görə, Pavel Kılımkin çərşənbə axşamı günü müxbirlər qarşısında deyib ki, Rusiyaya qarşı bir neçə şikayət ərizəsi hazırlanıb, beynəlxalq məhkəmələrə təqdim olunacaq.Ukraynanın xarici işlər naziri Rusiyanın Ukraynaya vurduğu bütün xəsarətlərin bu şikayət ərizəsində hesablandığını qeyd edərək, bildirib ki, bu siyahıda təbii mənbələrin dəyərləri də hesablanıbdır.
Kılımkin qeyd edib ki, Ukraynanın Rusiyadan kompensasiyanın alınması məsələsi 4-6 il müddətində həll olunacaq.