Sen 24, 2015 09:55 Asia/Baku
  • Yüzlərlə Avropa şirkətinin nümayəndələri Cenevrədə İran nümayəndələri ilə məsləhətləşmələr aparır
    Yüzlərlə Avropa şirkətinin nümayəndələri Cenevrədə İran nümayəndələri ilə məsləhətləşmələr aparır

Avropanın ən böyük şirkətlərinin icraçı direktorları nüvə anlaşmasının imzalanmasından sonra İranla iqtisadi əməkdaşlıqların möhkəmləndirilməsi məqsədilə bu ölkənin Cenevrədəki nümayəndələri ilə görüşərək danışıqlar aparacaqlar.

Səhər Beynəlxalq Televiziyasının Blomberq xəbər portalına istinadla verdiyi məlumata görə, 500 Avropa şirkətinin nümayəndəsi cümə axşamı günü və cünə günü Cenevrədə keçiriləcək İran və Avropa 2-ci toplantısında İran nümayəndələri ilə məsləhətləşmə aparacaq.
İsveçrənin Cenevrə şəhərinin ev sahibliyi ilə keçirilən bu toplantı İran və 5+1 qrupu arasında əldə olunan nüvə anlaşmasından sonra ən böyük investisiya toplantısı hesab olunur.
ABŞ və Avropa Birliyinin İranın nüvə proqramında hərbi cəhətlərin olması barəsində sübut olunmamış iddialarla İrana qarşı qətnamələri tətbiq olunmuşdur. Lakin İran və 5+1 qrupu arasında nüvə anlaşması ardınca bu sanksiyaların əksəriyyəti ləğv olunacaq.

Teqlər