Sen 24, 2015 10:04 Asia/Baku
  • ABŞ-ın növbəti prezidenti tərəfindən nüvə anlaşmasının cırılması iddiası axmaqlıqdır
    ABŞ-ın növbəti prezidenti tərəfindən nüvə anlaşmasının cırılması iddiası axmaqlıqdır

ABŞ-ın energetik naziri İran və 5+1 qrup arasında nüvə anlaşmasını müdafiə edərək deyib: Bu anlaşma sona çatıb və ABŞ-ın növbəti prezidenti tərəfindən onun cırılması iddiası axmaq hərəkətdir.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, ABŞ-ın energetika naziri Ernest Muniz CBS telekanalına verdiyi müsahibədə İranla nüvə anlaşmasına qarşı olanlara üzünü tutaraq deyib: Bu anlaşmanın müsbət cəhətləri gələn bir il yarım ərzində hamıya aydın olacaqdır.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranda yoxlamalar keçirməsi və bu obyektlərə baxış keçirməzdən öncə nəzərdə tutlan 24 günlük zamana toxunaraq deyib: Bəzi müxaliflər iddia edirlər ki, bu 24 gün təmizləmə və ehtimal olunan ziddiyyətləri ört-basdır etmək üçün nəzərdə tutulub. Halbuki onlar bu 24 günlük müddəti faktları məhv etmək üçün narkotik maddələri tualetə tökməklə qarışdırıblar. Çünki nüvə maddələri barədə belə bir məsələ yoxdur.
Muniz deyib: Əlbəttə ABŞ-ın növbəti prezidentinin mütləq bu səlahiyyəti vardır ki, İranla nüvə anlaşmasını kənara qoysun. Çünki bu diplomatik bir məsələdir.
ABŞ-ın energetika naziri eyni zamanda əlavə edib: Hər halda bu anlaşmanın müsbət cəhətləri hamıya bəlli olacaq və ondan kənara çəkilmək, şübhəsiz axmaqlıq olacaqdır.

Teqlər