Qunduz şəhəri Talibandan geri alınıb
Okt 01, 2015 11:46 Asia/Baku
-
Qunduz şəhəri Talibandan geri alınıb
Əfqanıstan dövlət qüvvələri Qunduzu Talibandan geri alıblar.
Səhər Beynəlxalq Televiziyasının Sin-Xoa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sədiq Sədiqi bildirib: Əfqanıstan dövlət qüvvələri ötən gecə Qunduz şəhərinin şimalında əsas bölgələrdə gecə əməliyyatı keçirərək bu şəhəri Talibanın işğalından azad ediblər.Sədiqinin sözlərinə görə, bu əməliyyatda Taliban çoxlu tələfat verib.
Taliban indiyə qədər bu barədə açıqlama verməyib.
Taliban qruplaşması bazar ertəsi günü bazar ertəsi günü 4 istiqamətdən Qunduz vilayətinin mərkəzi olan Qunduz şəhərinə hücum edib və bu şəhərə daxil olduqdan sonra bir sıra dövlət binalarını yandırıb və insanların əmlakını qarət edib.