ABŞ-da 15 nəfər ölüb
Okt 02, 2015 10:25 Asia/Baku
-
ABŞ-da 15 nəfər ölüb
ABŞ-da silahlı insident çoxlu sayda amerikalının həlak olması və yaralanması ilə nəticələnib.
Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadla verdiyi məlumata görə, ABŞ-ın Oreqon ştatının polis sözçüsü Bill Fuqate cümə axşamı günü bildirib: Bu vilayətdə bir kollecdə silahlı insident nəticəsində 15 nəfər həlak olub, 20-dən çox şəxs yaralanıb.Kollecdə atəş açan şəxsin həbs olunduğunu deyən Fuqate hadisənin detallarını açıqlamayıb.
Bu məlumata görə, polis kollecdəki tələbələr və işçilərdən məlumat verilənə qədər kollecə getməmələrini istəyib.
Amerikanın müxtəlif bölgələrində silahlı insidentlərin baş verməsi, ölüm hallarının artması, silah gəzdirmək qanununa müxalif olanların etirazına səbəb olur. Lakin indiyə qədər bu etirazlar nəticə verməyib.