İrəvanda yenidən etiraz aksiyaları başlanıb
Okt 03, 2015 12:05 Asia/Baku
-
İrəvanda yenidən etiraz aksiyası başlanıb
Cümə günü Ermənistanın paytaxtı İrəvan şəhərinin mərkəzində yerləşən Azadlıq meydanında konstitusiya islahatları əleyhinə mitinq keçirilib.
APA-nın verdiyi məlumata görə, mitinq iştirakçılarının əksəriyyəti əllərində “Yox” plakatını tutub.Mitinqdə iki müxalifət partiyası - Erməni Milli Konqresi və “İrs” partiyasının nümayəndələri çıxış ediblər. Aksiyada iştirak edən partiya və ictimai təşkilatlar “Yox” cəbhəsi altında birləşiblər.