Hər gün Amerikada orta hesabla 36 qətl törədilir
Okt 03, 2015 18:45 Asia/Baku
-
Hər gün Amerikada orta hesabla 36 qətl törədilir
Hafinqton Post qəzeti hər gün Amerikada orta hesabla 36 nəfərin silahlı insident və ya küçə zorakılıqları nəticəsində həyatını itirməsindən xəbər verib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Amerikada çıxan Hafinqton Post qəzeti yazır: Hər gün Amerikanın müxtəlif ştatlarında orta hesabla 36 nəfər qətlə yetirilir və ABŞ xalqı bu məsələyə heç bir əhəmiyyət vermir.Qəzetin yazdığına görə, bu statistik rəqəm öz növündə son dərəcə sarsıdıcı bir rəqəmdir. Çünki, ABŞ mediaları adətən barəsində hay-küy qopmayana kimi, məktəblər və universitetlərdə baş verən silahlı insidentlərdən söz açmırlar. Halbuki, hər gün orta hesabla 36 nəfər Amerikada silahlı insidentlər nəticəsində həyatını itirir.
2012-ci ildən bəri yəni, Sendi Hok məktəbində baş verən hadisədən ötən cümə axşamı günü Orqan kollecində baş verən hadisəyə kimi ötən zaman ərzində ABŞ məktəbləri və universitetlərində 141 oxşar hadisə baş verib.
ABŞ prezidenti Barak Obama bu vəziyyəti tənqid edərək, deyib: Amerikada insanların kütləvi şəkildə qətlə yetirilməsi adi hall almaqdadır.