Air France şirkətinin rəhbərliyi təzyiqlər qarşısında təslim oldu
Okt 07, 2015 12:10 Asia/Baku
-
Air France şirkətinin rəhbərliyi təzyiqlər qarşısında təslim oldu
Air France şirkəti işçilərinin etirazları və şirkət daxilində gərginliyin artması bu şirkət rəhbərliyini öz mövqeyindən geri çəkilməyə və işçilərin ixtisara salınması ilə bağlı proqramı inkiar etməyə məcbur edib.
Lu Fiqaro qəzetinin yazdığına görə, Air France şirkətinin rəhbərliyi dünən bir bəyanat yayaraq, iqtisadi qənaət layihəsi çərçivəsində 5 min iş yerinin bağlanması ilə bağlı proqramı inkar edib.Air France şirkətinin rəhbərliyi öz açıqlamasında bildirib ki, şirkət rəhbərliyi yeni fürsətlər üzərində çalışır və bəzi təsdiq edilməmiş rəqəmlərin elan olunması təəccüblü deyil.
Halbuki, dünən sindikat üzvlərindən olan 2 mənbə Röyters ilə müsahibədə Air France şirkəti rəhbərliyinin 5 min iş yerinin bağlanması ilə bağlı qərarından xəbər vermişdi.
Air France şirkətinin iqtisadi qənaət layihəsi bazar ertəsi günü şirkətin ofisi önündə aksiyanın keçirilməsinə səbəb olmuşdu. Qəzəblənmiş kütlə Air France şirkətinin mərkəzi komitəsi müdirlərinin iclasına daxil olaraq, şirkətin kadrlar şöbəsinin müdirinə hücum etmişdi.