Rusiya vətəndaşı Ukraynaya casusluqda suçlu hesab olunub
Okt 09, 2015 21:13 Asia/Baku
Bir Rusiya vətəndaşı Ukrayna üçün casusluq etmək müqəssir hesab olunub.
Səhər Beynəlxalq Televiziyasının Moskow Times-a istinadla verdiyi məlumata görə, Rusiyanın Bryansk şəhəri məhkəməsi cümə axşamı günü bir bəyanatda bildirib: Rusiya vətəndaşı Viktor Şur Rusiya Müdafiə Nazirliyinin materiallarını toplayaraq onu Ukraynaya verib. Elə buna görə, o Rusiyaya xəyanət və xarici ölkənin təhlükəsizlik xidməti ilə əməkdaşlıqda müqəssir hesab olunub.Rusiyanın Bryansk şəhər məhkəməsi bu məlumatların Ukraynanın xüsusi qüvvələrinin ixtiyarına verildiyini bildirərək əlavə edib: Bu məlumatlar Rusiyanın milli təhlükəsizliyini təhlükəyə ata bilərdi.
Rusiya məhkəməsi bildirib: Viktor Şurun Ukraynaya casusluq etməsi cinayət törətmək deməkdir.
Bu məlumata görə, Viktor Şur 2014-cü il 9 dekabrda Ukraynadan Rusiyaya qayıtdığı zaman bu ölkənin təhlükəsizlik məmurları tərəfindən həbs olunub.
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç 2014-cü ilin əvvəllərində qərbyönlü müxaliflər tərəfindən iqtidardan kənarlaşdırıldı. Bu məsələ isə Rusiyanın reaksiyasına səbəb oldu.
Yanukoviçin kənarlaşdırılması Ukraynada irimiqyaslı böhranın başlanğıcı oldu. Belə ki, bu ölkənin şərqi dəhşətli qığınlar yaşamaqdadır. Üstəlik Rusiya ilə Ukrayna arasında analoqu olmayan gərginlik vardır.