Okt 11, 2015 15:38 Asia/Baku
  • Pentaqon: Qunduz xəstəxanasında ölən və yaralananların ailələrinə kompensasiya ödəyirik
    Pentaqon: Qunduz xəstəxanasında ölən və yaralananların ailələrinə kompensasiya ödəyirik

ABŞ hərbçilərinin Əfqanıstanın Qunduz şəhərində xəstəxanaya etdikləri hücum nəticəsində 22 həkim və xəstənin ölməsi ilə bağlı etirazların davam etdiyi bir şəraitdə, Pentaqon bildirib ki, hadisə qurbanları və zərərçəkənlərin ailələrinə kompensasiya veriləcək.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyinin sözçüsü bu nazirliyin Qunduz xəstəxanasının bombardman edilməsi zamanı həlak olan və xəsarət alanların ailələrinə kompensasiya ödəyəcəyini bildirib.
Oktyabrın 3-də Əfqanıstanın Qunduz şəhərində Sərhədsiz Həkimlər Təşkilatına məxsus xəstəxananın ABŞ tərəfindən hədəfə alınması nəticəsində 22 nəfər o cümlədən bir neçə xarici həkim və uşaq həyatını itirdi.
Əfqanıstandakı ABŞ qüvvələrinin komandanı Con Kembel ilk öncə bu hücuma görə məsuliyyəti rədd etsə də, bir neçə gündən sonra tabeliyində olan qüvvələrin səhvən bu xəstəxananı bombaladıqlarını etiraf etdi.
ABŞ qırıcılarının Əfqanıstanın Qunduz şəhərində Sərhədsiz Həkimlər Xəstəxanasına hücum etməsi geniş reaksiyalara səbəb olmuşdu. Və hətta, BMT-nin insan haqları üzrə məsul şəxsi bu hadisənin bilərəkdən törədildiyinin sübut ediləcəyi təqdirdə, Vaşinqtonun "müharibə cinayəti" ilə üzləşəcəyini bildirmişdi.

Teqlər