Amerikanın Pensilvaniya ştatında atəşaçma nəticəsində üç nəfər ölüb
Okt 11, 2015 17:40 Asia/Baku
-
Amerikanın Pensilvaniya ştatında atəşaçma nəticəsində üç nəfər ölüb
Amerikanın müxtəlif şəhərlərində atəşaçma serial hadisələrinin dvamında Pensilvaniya ştatında üç nəfər ölüb.
Fars xəbər agentliyinin məlumatına görə, Amerikanın polis rəsmiləri bazar günü bildiriblər ki, Pensilvaniya ştatının Şamukin məntəqəsində bir atəşaçma hadisəsində azı üç nəfər ölübdür.Pensilvaniya ştatının polis məmurları xəbər veriblər ki, bu ştatın Şamukin məntəqəsindəki bir evdə bir qadın və iki kişinin cəsədi elə bir halda tapılıbdır ki, onlara atəş açılıbmış.
Hələ heç kəs bu hadisə ilə bağlı həbs olunmayıb və bu barədə təhqiqat davam edir.
Amerikada silah daşımanın azad olması hər gün bu ölkə boyu atəşaçma ilə bağlı kobudluqların baş verməsi ilə nəticələnir və bu hadisələrdə çoxlu sayda insan həyatını itirir.
Amerikada silah lobbisinin nüfuzunun tətbiq olunması ilə hətta ABŞ konqresi belə, bu ölkədə silah daşımanın məhdudlaşdırılması üçün qanunlar qəbul etməyə hazır deyil.